AZ

Rəşad Xalıqov: "Rəqəmsal sənəd mübadiləsi hər il təxminən 2 min ağacı xilas edəcək"

Milli Elektron Hökumət Platformasında hazırda 500-ə yaxın dövlət xidməti rəqəmsallaşdırılıb.
Xeberler.az "Report"a istinadən məlumat verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov "Kağızsız Hökumət: Rəqəmsallaşma və Ətraf Mühitə Təsiri" adlı tədbirdə deyib.
"Bizim digər dövlət məlumat sistemlərimiz də var. Bura sosial, gömrük, ekologiya, kənd təsərrüfatı və digər sahələrdəki sistemlər daxildir", - R. Xalıqov bildirib.
O qeyd edib ki, “Hökumət buludu” (G-cloud) Milli Data Mərkəzi, elektron imza sistemləri var, bundan başqa biometrik imza sistemi təşkil edilib: “Vətəndaşlarımız elektron imza sistemi ilə müxtəlif dövlət qurumlarından məlumat əldə edə bilirlər.
Həmiçinin bu il məlumat mübadiləsi ilə bağlı layihəmizi bitirmişik, bu da, dövlət qurumlarına sənədləri rəqəmsal formatda mübadilə etmək imkanı verir. İcra hissəsini bitirmişik. Bu ildən artıq məhkəmələri də bu işə cəlb etməyə başlamışıq.
Bütün bunların tətbiqi ilə hər il təxminən 2 min ağacı xilas etmiş oluruq. Bu işlərimizi Rəqəmsal Strategiya çərçivəsində davam etdirilməsi vacibdir".
R. Xalıqov hesab edir ki, dövlət qurumu olaraq əsas fəaliyyət sahəmiz birmənalı şəkildə Azərbaycanın rəqəmsal inkişaf strategiyasını formalaşdırmaqdır: "İnnovasiyalara töhfə, həmiçinin rəqəmsal texnologiyaların bütün sektorlar boyunca tətbiqinə töhfə verməkdir”.

Seçilən
194
9
xeberler.az

10Mənbələr