AZ

"Milli Elektron Hökumət Platformasında hazırda 500-dək dövlət xidməti rəqəmsallaşdırılıb"

Milli Elektron Hökumət Platformasında hazırda 500-dək dövlət xidməti rəqəmsallaşdırılıb.

FED.az xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov “Kağızsız Hökumət: Rəqəmsallaşma və Ətraf Mühitə Təsiri” adlı beynəlxalq tədbirdə deyib.

“Bizim digər dövlət məlumat sistemlərimiz də var. Bura sosial, gömrük, ekologiya, kənd təsərrüfatı və digər sahələrdəki sistemlər daxildir. “Hökumət buludu” (G-cloud) Milli Data Mərkəzi, elektron imza sistemləri var, bundan başqa biometrik imza sistemi təşkil edilib. Vətəndaşlarımız elektron imza sistemi ilə müxtəlif dövlət qurumlarından məlumat əldə edə bilirlər.

Həmçinin bu il məlumat mübadiləsi ilə bağlı layihəmizi bitirmişik, bu da, dövlət qurumlarına sənədləri rəqəmsal formatda mübadilə etmək imkanı verir. Bu ildən artıq məhkəmələri də bu işə cəlb etməyə başlamışıq”, - deyə Rəşad Xalıqov əlavə edib. (Azərtac)

Seçilən
91
6
fed.az

10Mənbələr