AZ

Dünyada internetdən istifadə rekord səviyyəyə çatdı - ARAŞDIRMA

Kompüterlərə daha asan çıxış, dünya ölkələrinin müasirləşməsi və smartfonlardan istifadənin artması insanlara internetdən daha tez-tez və rahat istifadə etməyə imkan verib. Bununla belə, internetə giriş çox vaxt rabitə şəbəkələrinin mövcud inkişafı ilə əlaqədardır. Ötən ilin yanvar ayına olan məlumata görə, Çində təxminən 1,05 milyard, ABŞ-də isə 692 milyon internet istifadəçisi var.

İqtisadiyyat.az-ın araşdırmasına görə, ötən il dünya üzrə internet istifadəçilərinin sayı 5,4 milyard nəfərə yüksəlib ki, bu da 2005-ci ildən bəri ən yüksək göstəricidir. Bu pay dünya əhalisinin 67 faizini təşkil edir.

Halbuki, 2022-ci ildə dünyada internetdən istifadə edənlərin sayı 5,3 milyard nəfər olub.

Sosial şəbəkələr dünyada ən populyar onlayn fəaliyyətlərdən biridir və "Facebook" aktiv istifadəyə əsaslanan ən populyar onlayn şəbəkədir. Ötən ilin dördüncü rübünə olan məlumata görə, 3,07 milyard aylıq aktiv "Facebook" istifadəçisi var.

Ümumillikdə, 2005-ci ildən 2023-cü ilə qədər dünya üzrə internet istifadəçilərinin sayı belə olub:

İllər

İnternet istifadəçilərinin sayı

2005

1 milyard nəfər

2006

1,14 milyard nəfər

2007

1,13 milyard nəfər

2008

1,5 milyard nəfər

2009

1,7 milyard nəfər

2010

1,9 milyard nəfər

2011

2,1 milyard nəfər

2012

2,3 milyard nəfər

2013

2,5 milyard nəfər

2014

2,7 milyard nəfər

2015

2,9 milyard nəfər

2016

3,2 milyard nəfər

2017

3,4 milyard nəfər

2018

3,7 milyard nəfər

2019

4,1 milyard nəfər

2020

4,5 milyard nəfər

2021

4,9 milyard nəfər

2022

5,3 milyard nəfər

2023

5,4 milyard nəfər

 

Gözəl Həşimova

Seçilən
164
32
iqtisadiyyat.az

10Mənbələr