Ötən il üzrə dünyanın ən böyük spirtli içki ixracatçılarının siyahısı açıqlanıb.
İqtisadiyyat.az-ın araşdırmasına görə, Böyük Britaniya ötən il dünyanın ən böyük spirtli içki ixracatçısı olub.
Britaniya həmin il 8,5 milyard dollar dəyərində spirtli içkilər ixrac edib. Fransa 5,37 milyard dollarlıq ixracatla növbəti ən böyük ixracatçı olub.
2023-cü ildə dünyanın ən böyük spirtli içki ixracatçıları isə bunlardır:
Ölkələr | Spirtli içki ixracı |
Böyük Britaniya | 8,5 milyard dollar |
Fransa | 5,3 milyard dollar |
Meksika | 4,3 milyard dollar |
ABŞ | 2,5 milyard dollar |
Sinqapur | 2,5 milyard dollar |
İtaliya | 1,8 milyard dollar |
Almaniya | 1,6 milyard dollar |
İrlandiya | 1,4 milyard dollar |
Niderland | 1,3 milyard dollar |
Çin | 1,2 milyard dollar |
Araşdırmalara görə, Amerika Birləşmiş Ştatlar ötən il dünyanın ən böyük spirtli içki idxalçısı olub. ABŞ həmin il 11,3 milyard dollarlıq spirtli içki idxal edib. Çin təxminən 2,82 milyard dollar dəyərində idxalla növbəti ən böyük idxalçı olub:
Ölkə | İdxal |
ABŞ | 11,3 milyard dollar |
Çin | 2,8 milyard dollar |
Sinqapur | 2,1 milyard dollar |
Almaniya | 1,7 milyard dollar |
Fransa | 1,5 milyard dollar |
Böyük Britaniya | 1,2 milyard dollar |
Niderland | 1,2 milyard dollar |
İspaniya | 1,1 milyard dollar |
Kanada | 1 milyard dollar |
İtaliya | 1 milyard dollar |
Qeyd edək ki, 2027-ci ilə qədər qlobal alkoqollu içki bazarının həcminin təxminən iki trilyon ABŞ dollarına çatacağı gözlənilir. Spirtli içkilər bazarı ümumi bazarın təxminən üçdə birini təşkil edəcək.
Əlavə edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana 56,5 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə idxal olunub.
Gözəl Həşimova