Bakı. Trend:
Rusiyada əmək miqrantlarına yeni qadağaların tətbiq edilməsinədair bir neçə aydır davam edən müzakirələr yenidən gündəməgəlib.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, Dövlət Dumasınınsədri Vyaçeslav Volodin sözügedən məsələ barədə danışıb və ölkədəişləyən əmək miqrantlarının ailələrini özləri ilə gətirmək imkanınaqarşı çıxış edib.
Onun sözlərinə görə, Rusiya qanunvericiliyində aşağı ixtisaslıəmək miqrantlarına ailələrini özləri ilə gətirməyə imkan verənboşluq aradan qaldırılmalıdır:
“Ölkəyə gələn əcnəbiyə görə məsuliyyəti onu dəvət edən müəssisədaşımalıdır. Bununla belə, buraya işləmək üçün gələn aşağıixtisaslı kadrlar, miqrantlar özləri ilə ailələrinigətirməməlidirlər. Qanunvericilikdə miqrantlara özləri iləyaxınlarını gətirməyə imkan verən boşluq mövcuddur, buna görə də,hazırda bu məsələ müzakirə edilir”.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya mediasında yayılanməlumata görə, Dumanın Liberal-Demokrat Partiyası fraksiyasınındeputatları parlamentin aşağı palatasına Rusiya vətəndaşlığıolmayan əmək miqrantlarına ölkəyə ailələrini gətirməyə qadağaqoyulmasını nəzərdə tutan qanun layihəsini təqdim edib. Layihəmüəlliflərinin sözlərinə görə, qanun qüvvəyə minərsə, əcnəbininəmək müqaviləsi və ya patenti ölkəyə öz ailəsini gətirməyə əsasverməyəcək.
Onu da qeyd edək ki, avqustda Rusiya Daxili İşlər Nazirliyi2023-cü ildə Rusiyada olan əmək miqrantlarının sayı ilə bağlıməlumat yayıb. Bildirilib ki, ölkədə iş məqsədilə gələn təqribən3,5 milyon qanuni əcnəbi vətəndaş olub. Onların əksəriyyətiÖzbəkistan, Tacikistan və Qırğızıstan vətəndaşlarıdır.