AZ

Rusiyaya işləməyə gedənlərlə bağlı qayda dəyişir

Rusiyada əmək miqrantlarına yeni qadağaların tətbiq edilməsinə dair bir neçə aydır davam edən müzakirələr yenidən gündəmə gəlib.

FED.az xəbər verir ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin sözügedən məsələ barədə danışıb və ölkədə işləyən əmək miqrantlarının ailələrini özləri ilə gətirmək imkanına qarşı çıxış edib.

Onun sözlərinə görə, Rusiya qanunvericiliyində aşağı ixtisaslı əmək miqrantlarına ailələrini özləri ilə gətirməyə imkan verən boşluq aradan qaldırılmalıdır:

“Ölkəyə gələn əcnəbiyə görə məsuliyyəti onu dəvət edən müəssisə daşımalıdır. Bununla belə, buraya işləmək üçün gələn aşağı ixtisaslı kadrlar, miqrantlar özləri ilə ailələrini gətirməməlidirlər. Qanunvericilikdə miqrantlara özləri ilə yaxınlarını gətirməyə imkan verən boşluq mövcuddur, buna görə də, hazırda bu məsələ müzakirə edilir”. (Trend)

Seçilən
83
8
fed.az

10Mənbələr