AZ

ABŞ-ın sanksiya qoyduğu Kreml təbliğatçısı Margarita Simonyan kimdir?

Məqalə barədə məlumatMüəllif, Kateryna KhinkulovaVəzifə, BBC Dünya Xidməti

Rusiyanın dövlət mediası RT-nin baş redaktoru Margarita Simonyan ABŞ-ın sanksiya tətbiq etdiyi rusiyalı media təmsilçilərindən biridir. ABŞ onu və digərlərini noyabrda keçiriləcək prezident seçkisinə müdaxilədə ittiham edir.

44 yaşlı Simonyan Kremlin baş təbliğatçısı və ideoloqu, az qala Putinin özündən çox “Putinçi” sayılır.

ABŞ-ın Ədliyyə, Dövlət və Xəzinədarlıq departamentləri çərşənbə günü verdiyi bəyanatda prezident seçkisində iddia edilən müdaxilə ilə "aqressiv mübarizə" üçün koordinasiyalı tədbirlər görəcəklərini açıqlayıb.

Margarita Simonyan adının ABŞ-ın sanksiyalar siyahısında olmasına X hesabından "Ah, onlar oyandılar", - deyə cavab verib.

Simonyan siyahıdakı digər RT-nin əməkdaşlarına xitabən, "Afərin, komanda" yazıb.

Russia Today nədə ittiham olunur? ABŞ

Şəklin mənbəyi, EPA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
bbc.com

10Mənbələr