AZ

Marqarita Simonyan BBC-ni məhkəməyə verəcək

“Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan Britaniya Yayım Korporasiyasını (BBC) saxta xəbərlərə görə məhkəməyə verəcəyini açıqlayıb.
 

Modern.az xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında bildirib.

Marqarita Simonyan paylaşımında BBC-nin mətnindən sitat gətirib. Orada deyilir ki, Simonyan Rusiyanın düşmənlərinə qarşı zorakılığa, müxalifətçiləri repressiyaya çağırıb və həmçinin “Avropanın dərinliklərinə qoşun göndərilməsini” təklif edib.

“Təbii ki, mən heç vaxt belə bir söz deməmişəm. Yəqin ki, BBC-ni məhkəməyə verəcəyəm. Onların Moskvada ofisi var, bir az da toz götürsünlər”, - deyə o yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
50
modern.az

10Mənbələr