AZ

Hindistan aviaşirkətinin təyyarəsi bomba xəbərləri səbəbindən Türkiyəyə məcburi eniş edib

Hindistanın “Air Vistara” aviaşirkətinə məxsus göyərtəsində 247 sərnişin olan təyyarə bomba xəbərinə görə Türkiyənin Ərzurumuna məcburi eniş edib, şəhər valisi Mustafa Çiftçi TRT televiziyasına bildirib.

Telekanalın məlumatına görə, təyyarə Mumbaydan Münhenə uçurdu.

“Hindistan aviaşirkətinə məxsus təyyarənin uçuşu zamanı göyərtədə bomba təhlükəsi yaranıb. O, Ərzurumda təcili eniş edib”, – TASS onun sözlərindən sitat gətirir.

Hazırda hava gəmilərinin qəbulu və hava limanından yola salınması müvəqqəti olaraq dayandırılıb və təyyarə təhlükəsiz zonadadır və istehkamçılar tərəfindən müayinə olunur.

Bundan əvvəl “Air India” şirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən Şeremetyevoda məcburi eniş edib.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
dogru.az

10Mənbələr