AZ

Təyyarə qəzası - 4 nəfər öldü

ABŞ-ın İndiana ştatının Anderson şəhəri yaxınlığında tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Newsweek" portalı yerli şerif departamentinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, təyyarə cümə günü təxminən saat 06:45-də (Bakı vaxtı ilə 15:45) Fort-Dodc (Ayova ştatı) hava limanından havaya qalxıb və saat 10:00 (Bakı vaxtı ilə 19:00) radələrində Anderson hava limanına enməli idi.

Vurğulanıb ki, təyyarə qarğıdalı sahəsinə düşüb. Daha sonra ABŞ Federal Aviasiya Administrasiyası təyyarədə 4 nəfərin olduğunu və heç kimin sağ qalmadığını təsdiqləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
36
milli.az

10Mənbələr