Moskvadan İstanbula PC389 reysini yerinə yetirən Airbus A320 təyyarəsi Varşava hava limanına planlaşdırılmamış eniş edib.
Publika.az xəbər verir ki, bunu "Flightradar24" xidmətinin məlumatları sübut edir.
Təyyarə Türkiyənin "Pegasus" aviaşirkətinə məxsusdur. Təyyarə bazar günü Bakı vaxtı ilə saat 20:58-də Vnukovo hava limanından havaya qalxıb və 22:57-də Varşavanın Frederik Şopen Beynəlxalq Hava Limanına enib.
Eyni zamanda, təyyarə Moskva hava limanından beş saata yaxın gecikmə ilə havaya qalxıb. Planlaşdırılmamış enişin səbəbləri barədə hələ ki, məlumat yoxdur.