AZ

Putin ölkə ordusunda əsgərlərin sayınıartıracaq

Rusiya prezidenti Vladimir Putin ölkə ordusunda əsgərlərin sayını xeyli artırmaq qərarına gəlib. 

Redaktor.az xəbər verir ki, Putinin imzaladığı fərmana əsasən, Rusiya ordusundakı əsgərlərin sayı 180 min nəfər artırılaraq 1,5 milyona çatdırılacaq.

Bu artımla Rusiyanın ümumi hərbi personalının sayı təxminən 2,4 milyon olacaq.

Putinin hökumətin rəsmi saytında dərc olunan fərman dekabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Putinin ötən ilin dekabrında imzaladığı fərmanla hərbçilərin sayı 1,32 milyon əsgərə çatdırılıb.

Sevinc İBRAHİMZADƏ

Seçilən
25
14
redaktor.az

10Mənbələr