AZ

Rusiya prezidenti əsgərlərin sayını artırma fərmanı verdi

 

  Rusiya prezidenti Vladimir Putin orduda əsgərlərin sayını təqribən 180 min nəfər artıraraq hərbi personalın ümumi sayını 2 milyon 389 mindən çox artıran fərman imzalayıb.

  V.Putinin imzaladığı və Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan fərmana əsasən, əsgər sayı 1 milyon 500 min olmaqla Rusiya Silahlı Qüvvələri şəxsi heyəti 2 milyon 389 min 130 nəfər müəyyən edilib.

  Qərar 2024-cü il 1 dekabrdan qüvvəyə minəcək.

  Xatırladaq ki, Vladimir Putin 2023-cü ilin dekabrında imzaladığı fərmanla Rusiya ordusundakı şəxsi heyətin sayını 1 milyon 320 mini əsgər olmaqla 2 milyon 209 min 130-a çatdırmışdı.



Seçilən
31
14
trt.net.tr

10Mənbələr