AZ

Livanda yenidən silsilə partlayışlar baş verir

Livanda

Livanın paytaxtı Beyrutda “Hizbullah” qruplaşması üzvlərinə məxsus peycerlər və radioqurğular yenidən partlayıb.

Reyting.az
“Reuters” agentliyinə istinadla bildirir ki, qurğuların növbəti partlayışları sentyabrın 18-də ölkənin cənubunda və Beyrutun cənub ətraflarında qeydə alınıb.

Təhlükəsizlik mənbəyi deyib ki, telsizlər beş ay əvvəl “Hizbullah” tərəfindən alınıb. Peycerlər də eyni vaxtda alınıb.

“Hizbullah”ın nəzarətində olan media yazır ki, müxtəlif elektron cihazlar, motosikletlərdə, avtomobillərdə partlayıb. Bəzi kanalların bildirdiyinə görə, hətta noutbuklar və smartfonlar da partlayıb.

Livanda yeni silsilə partlayışlar nəticəsində azı 3 nəfər ölüb, onlarla insan yaralanıb. Yeni partlayış dalğası nəticəsində 100-dən çox insan yaralanıb.

Livanın dövlət Milli Xəbər Agentliyi (NNA) bildirir ki, “köhnə peycerlər” Beyrutun cənub ətraflarında və Livanın cənubunda evlərdə partlayıb. Agentlik əlavə edib ki, yaralılardan bir neçəsi paytaxtda və Bekaa vadisində yerləşən xəstəxanalara yerləşdiriliblər.

Qeyd edək ki, sentyabrın 17-də Livanda “Hizbullah” silahlı qruplaşması üzvlərinin istifadə etdiyi peycerlərin partlaması nəticəsində azı 12 nəfər ölüb, üç mindən çox insan yaralanıb. “Hizbullah” hadisəni son yaddaşlarda ən böyük təhlükəsizlik uğursuzluğu adlandırıb və İsraili ittiham edib.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
12
reyting.az

10Mənbələr