Livanda rabitə vasitələrinin partlaması nəticəsində ölənlərin sayı 20-ə çatıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
Bildirilib ki, silsilə hadisələr nəticəsində xəsarət alanların sayı azı 460 nəfərdir.
Qeyd edək ki, dünən "Hizbullah" üzvlərinin rabitə qurğularının partladılması nəticəsində minlərlə insan yaralanıb, 10-dan çox adam ölüb. "Hizbullah" buna görə İsraili ittiham edib.