AZ

Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 14-ə çatıb - VİDEO - YENİLƏNİB-3

Livanda rabitə vasitələrinin partlaması nəticəsində ölənlərin sayı 20-ə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, silsilə hadisələr nəticəsində xəsarət alanların sayı azı 460 nəfərdir.
***
22:23


Livanda rabitə vasitələrinin partlaması nəticəsində ölənlərin sayı 14-ə çatıb.

APA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, silsilə hadisələr nəticəsində xəsarət alanların sayı azı 450 nəfərdir.



***
20:27

Livanda rabitə vasitələrinin partlaması nəticəsində ölənlərin sayı 9-a, xəsarət alanların sayı 300 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə “Reuters” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, çərşənbə axşamı ölkə ərazisində müxtəlif partlayışlar verib.

Al Hadath telekanalının məlumatına görə, bu dəfə radiolar, telefonlar, barmaq izi cihazları, həmçinin günəş panelləri və litium-ion batareyaları ilə işləyən qurğular partlayıb.



***
18:42



Livanda partlayışlarda ən azı 100 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Üç nəfərin həlak olduğu qeyd olunub.

***

18:22

Livanın cənubunda yenidən partlayışların baş verdiyi bildirilir.

APA xəbər verir ki, bu barədə “Kan” məlumat yayıb.

Yenidən rabitə qurğularının partladığı deyilir.

Qeyd edək ki, dünən "Hizbullah" üzvlərinin rabitə qurğularının partladılması nəticəsində minlərlə insan yaralanıb, 10-dan çox adam ölüb. "Hizbullah" buna görə İsraili ittiham edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
4
apa.az

10Mənbələr