AZ

Qadın həndbolçularımız Avropa kubokunda III mərhələyə yüksəldi

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa kubokunda III mərhələyə yüksəlib.

Bizim.Media xəbər verir ki, II mərhələnin cavab oyununda Lüksemburqun "Differdanj" kollektivi ilə qarşılaşan təmsilçimiz 26:25 hesabı ilə qalib gəlib.

İlk matçda da rəqibini 27:24 hesabı ilə üstələyən "Qarabağ" adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, III mərhələnin görüşləri noyabrın 10-16-da keçiriləcək.

Bizim.Media

Seçilən
18
11
bizim.media

10Mənbələr