AZ

“Qarabağ” Avropa kubokunda III mərhələyə yüksəldi

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa kubokunda III mərhələyə yüksəlib.

Teleqraf.com xəbər verir ki, II mərhələnin cavab oyununda Lüksemburqun "Differdanj" kollektivi ilə qarşılaşan təmsilçimiz 26:25 hesabı ilə qalib gəlib.

İlk matçda da rəqibini 27:24 hesabı ilə üstələyən "Qarabağ" adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, III mərhələnin görüşləri noyabrın 10-16-da keçiriləcək.


Müəllif: Teleqraf.com
Seçilən
17
11
teleqraf.com

10Mənbələr