AZ

“Qarabağ” Avropa kubokunda III mərhələyə yüksəlib

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa kubokunda III mərhələyə yüksəlib.
 
Moderator.az xəbər verir ki, II mərhələnin cavab oyununda Lüksemburqun "Differdanj" kollektivi ilə qarşılaşan təmsilçimiz 26:25 hesabı ilə qalib gəlib.
 
İlk matçda da rəqibini 27:24 hesabı ilə üstələyən "Qarabağ" adını növbəti mərhələyə yazdırıb.
 
Qeyd edək ki, III mərhələnin görüşləri noyabrın 10-16-da keçiriləcək. (report.az)
Seçilən
15
11
moderator.az

10Mənbələr