Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 10-cu turunun oyunları ilə bəzi qərarlar qəbul edilib.
Arena.az xəbər verir ki, son turun görüşlərində qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verilib.
“Kəpəz-2” – “Qarabağ-2” oyununun 36-cı dəqiqəsində “Qarabağ”ın futbolçusu Hacı İbrahim ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Ağdam komandası buna görə 50 manat cərimə edilib. “Qarabağ-2” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə, Ağdam klubu 100 manat cərimə edilib. “Qarabağ-2” futbolçu limitinin pozduğuna görə bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Ağdam komandası 400 manat cərimə də öydəyəcək.
“Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan”ın heyətində 4 nəfər sarı vərəqə aldığı üçün Naxçıvan komandası 70 manat cərimə edilib. “Araz-Naxçıvan-2” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.
“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt-2” legioner limitini pozduğuna görə sözügedən komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. “Sumqayıt” buna görə 400 manat cərimə də ödəməlidir.