AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər liqasının 10-cu turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Kəpəz-2” – “Qarabağ-2” oyununun 36-cı dəqiqəsində “Qarabağ-2” komandasının 63 nömrəli futbolçusu Hacı İbrahim ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qarabağ-2” komandası 50 manat cərimə edilib.
“Kəpəz-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.
“Kəpəz-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandası futbolçu limitinin pozduğuna görə “Qarabağ-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib, “Qarabağ-2” komandası 400 manat cərimə edilib.
“Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının heyətində 4 nəfər sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.
“Şamaxı-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.
“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda “Sumqayıt-2” komandası legioner limitini pozduğuna görə “Sumqayıt-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib, “Sumqayıt-2” komandası 400 manat cərimə edilib.