AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
News24.az xəbər verir ki, toplantıda Əvəzedicilər liqasının 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
2 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XII turun “Turan Tovuz-2” – “Qarabağ-2” oyununda “Turan Tovuz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilir (maddə 37);
2 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XII turun “Turan Tovuz-2” – “Qarabağ-2” oyununun matçöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);
2 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XII turun “Turan Tovuz-2” – “Qarabağ-2” oyununun 90+3-cü dəqiqəsində “Qarabağ-2” komandasının 77 nömrəli futbolçusu Nihat Mehralıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qarabağ-2” komandası 50 manat cərimə edilir (maddə 36.5)
3 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XII turun “Zirə-2” – “Şamaxı-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37);
4 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XII turun “Kəpəz-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91)
4 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XII turun “Kəpəz-2” – “Səbail-2” oyununun 90+3-cü dəqiqəsində “Kəpəz-2” komandasının 44 nömrəli futbolçusu Nihat Fərəci ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
4 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasında XII turun “Kəpəz-2” – “Səbail-2” oyununun 90+3-cü dəqiqəsində “Kəpəz-2” komandasının baş məşqçisi Xaliq Mərdanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır, “Kəpəz-2” komandası 400 manat cərimə edilir (maddə 43.4)