Hindistanda milyonçu 100 milyon dollardan çox sərvətini sevimli iti, gözətçi və aşpazına qoyub.
İnterpress.az xəbər verir ki, hindistanlı iş adamı, Tata Group-un rəhbəri Ratan Tata 86 yaşında Mumbayda vəfat edib.
Ölümündən sonra məlum olub ki, onun sevimli “ovçarka”sı Tito, gözətçisi və aşpazı sərvətinin böyük hissəsini miras alacaq.
Tatanın qardaş və bacıları yalnız bir hissə alacaqlar.
Vəsiyyətnamədə həmçinin bildirilir ki, “Tito”ya “sonsuz qayğı” göstərilməlidir.
Milyonçu evli deyildi və övladı da yox idi.
Xuraman Etibarlı
İnterpress.az