Oktyabrın 9-da 86 yaşında vəfat edən “Tata Qrupu”nun keçmiş sədri Ratan Tata 100 milyon rupidən (1,1 milyard dollar) çox olan sərvətini fondu, qardaşı Cimmi, ögey bacıları Şirin və Deanna, işçiləri və qohumları arasında bölüşdürüb.
İndex.az “The Times of India” agentliyinə istinadən xəbər verir ki, Tata mirasının bir hissəsini 5 il əvvəl övladlığa götürdüyü Titoya “limitsiz qayğı” şərti ilə buraxıb.
Hindistanda heyvan xeyriyyəçiliyi ilə tanınan Tata 2023-cü ilin iyul ayında Mumbayda ölkənin ilk Kiçik Heyvanlar Xəstəxanasını açıb.
2018-ci ildə Tata ömürlük xeyriyyəçilik fəaliyyətinə görə Şahzadə Çarlz tərəfindən veriləcək mükafat mərasiminə qatılmadı, çünki iki ev itindən biri xəstə olub.