AZ

Hindistanlı milyonçu sərvətini itinə və aşpazına vəsiyyət etdi

Hindistanlı sənayeçi və "Tata Group" beynəlxalq şirkətinin sahibi Ratan Tata sərvətinin böyük hissəsini xidmətçilərinə və itinə vəsiyyət edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Hindistanlı milyonçu Ratan Tata oktyabrın əvvəlində 86 yaşında vəfat edib. Təxminən 10 milyard rupi (192,5 milyon AZN) dəyərində böyük sərvətə sahib olan Tata, mirasın yalnız kiçik bir hissəsini qardaşı Cimmi Tata və bacıları Şirin və Dinna Cejibxoya buraxıb.

Biznesmenin əsas varisləri isə onun alman çoban iti "Tito", köməkçisi Konar Subbiyah və aşpazı Racan Şou olub. 

Qeyd edək ki, Tata heç vaxt evlənməyib və uşağı olmayıb. Əgər vəsiyyət olmasaydı, bütün miras qardaş və bacılarına keçəcəkdi. 

Seçilən
71
8
iqtisadiyyat.az

9Mənbələr