AZ

 "COP29-u sülh prosesinin nəticəsi kimi qiymətləndiririk"

“COP29 kimi mötəbər bir tədbirə hazırlıq ərəfəsində ölkəmizə qarşı müxtəlif siyasi dairələrdən edilən hücumlar bizi qarşımızda duran hədəflərdən yayındırmaq məqsədi daşıyır. Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi qərəzli və obyektivlikdən tamamilə uzaq qətnamə də məhz bu hücumların tərkib hissəsisdir. 
Təsadüfü deyil ki, COP29 gündəliyinə daxil edilmiş 14 böyük təşəbbüsdən biri də məhz sülhü, dialoqu və barışığı daha geniş şəkildə təbliğ etmək və iqlimlə bağlı fəaliyyət üçün bütün siyasi diqqəti və diplomatik səyləri səfərbər etmək məqsədi daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, biz COP29-u sülh prosesinin nəticəsi kimi qiymətləndiririk. Ona görə də, tədbirin gündəliyinə sülh mövzusunun daxil edilməsi təsadüfi deyil”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov bildirib.

“Azərbaycan dövləti COP29 konfransının ən yüksək səviyyədə təşkil etmək üçün bütün imkanlarını səfərbər edib. Tədbirin məhz Azərbaycanda təşkil olunması ilə bağlı müzakirələrdə biz 198 ölkənin yekdil dəstəyini aldıq. Bu bizim ölkəmizə, cənab Prezidentin siyasətinə dünyada olan yüksəık etimadın göstəricisidir. 
Bütün maneələrə, əsassız hücumlara və mənasız ittihamlara baxmayaraq biz bu mötəbər iclası uğurla təşkil edəcəyimizə əminik. 
COP29-a hazırlıq prosesi ilə əlaqədar Azərbaycan bir çox ölkələr, beynəlxalq təşkilatlar və xarici tərəfdaşlarla sıx əməkdaşlıq edir.  Bildiyiniz kimi, konfrans çərçivəsində Parlamentlərarası İttifaq tərəfindən xüsusi iclas da təşkil olunacaq. Azərbaycan Milli Məclisi parlament görüşünün yüksək səviyyədə təşkili ilə bağlı üzərinə düşən bütün məsələləri operativ şəkildə həll edir. 
Azərbaycan COP29-a evsahibliyi etməklə iqlim dəyişmələrinə qarşı mübarizə kimi mühüm qlobal məsələdə nümunəvi liderlik nümayiş etdirir. COP29 konfransının regionda ilk dəfə Azərbaycanda təşkil olunması buna ən parlaq sübut kimi qiymətləndirilə bilər. Bizim başlıca amalımız bütün dövlətlərin yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyinə nail olmaqdır. Azərbaycan evsahibliyi edəcəyi bu tədbirdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq əzmindədir”,- deyə o bildirib.

Seçilən
25
2
modern.az

6Mənbələr