ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) “McDonald’s” Quarter Pounder və bəzi digər menyularda istifadə edilən təzə doğranmış soğanın bu epidemiyanın ehtimal mənbəyi olduğunu dedi.

İndex.az xəbər verir ki, sözügedən soğanların “Taylor Farms” tərəfindən tədarük edildiyi və şirkət tərəfindən könüllü olaraq geri çağırıldığı bildirilib.

“McDonald’s” da bu soğanları menyularından çıxarıb.

Epidemiya səbəbiylə ABŞ-ın 12 ştatında restoranlarda müvəqqəti olaraq menyudan çıxarılan bu hamburgerlərə görə Koloradoda 90 nəfər xəstələnib, 27 nəfər xəstəxanaya yerləşdirilib, bir qoca isə dünyasını dəyişib.

Bazar günü “McDonald’s” “E. coli” testinin nəticələri mənfi çıxdıqdan sonra Quarter Pounder satışlarını bərpa edəcəyini açıqladı.

“E. coli” bakteriyası ishal və qusmaya səbəb olur. Əksər insanlar müalicəyə ehtiyac duymadan sağalsalar da, bəzi xəstələrdə ağırlaşmalar yarana bilər.