AZ

Ölümcül McDonald's epidemiyasının səbəbi məlum oldu

ABŞ səhiyyə rəsmiləri 90 nəfərin xəstələnməsinə səbəb olan E. coli epidemiyasının mənbəyinin McDonald's restoranlarında istifadə edilən doğranmış baş soğan olduğunu açıqlayıb.

Ölkə.Az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC)  McDonald's Quarter Pounder və bəzi digər menyularda istifadə edilən təzə doğranmış soğan bu epidemiyanın ehtimal mənbəyi olduğunu açıqlayıb.

McDonald's da bu soğanları menyularından çıxarıb.

Epidemiya səbəbi ilə ABŞ-nin 12 ştatında restoranlarda müvəqqəti olaraq menyudan çıxarılan bu hamburgerlərə görə Koloradoda 90 nəfər xəstələnib, 27 nəfər xəstəxanaya yerləşdirilib, bir yaşlı isə dünyasını dəyişib.

McDonald's bazar günü E. coli testinin nəticələri mənfi çıxdıqdan sonra Quarter Pounder satışlarına yenidən başlayacağını açıqladı.

E. coli bakteriyası üç-dörd gün davam edə bilən mədədə kəskin ağrılara, ishal və qusmaya səbəb olur. Əksər insanlar müalicəyə ehtiyac duymadan sağalsalar da, bəzi xəstələrdə ağırlaşmalar yarana bilər.

Mürtəza
Ölkə.Az

Seçilən
4
8
olke.az

10Mənbələr