ABŞ səhiyyə rəsmiləri 90 nəfərin xəstələnməsinə səbəb olan “E. coli” epidemiyasının mənbəyini açıqlayıb.
Publika.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) açıqlamasına görə, “McDonald's” restoranlarında istifadə edilən doğranmış soğan epidemiyanın ehtimal mənbəyidir..
Sözügedən soğanların “Taylor Farms” tərəfindən tədarük edildiyi və şirkət tərəfindən könüllü olaraq geri çağırıldığı bildirilib. “McDonald's” da bu soğanları menyularından çıxarıb.
Epidemiya səbəbiylə Kolorado ştatında 90 nəfər xəstələnib, 27 nəfər xəstəxanaya yerləşdirilib, bir yaşlı isə dünyasını dəyişib.