AZ

Almaniya Ukraynaya humanitar yardım üçün əlavə 200 milyon avro ayıracaq

Qış ərəfəsində Almaniya Ukraynaya humanitar yardım üçün əlavə 200 milyon avro ayıracaq.

Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransı zamanı bildirib.

"Biz Ukraynaya humanitar dəstəyimizi artırırıq. Üstəlik qış dəstəyi üçün əlavə 200 milyon avro ayırmışıq", - deyə Berbok bildirib.

O əlavə edib ki, qışda evləri istiliklə təmin etmək üçün Ukraynaya generatorlar veriləcək.

Bundan əlavə, Almaniya XİN rəhbəri vurğulayıb ki, Ukrayna üçün ən yaxşı müdafiə hava hücumundan müdafiəni gücləndirməkdir.

Berbok həmçinin əlavə edib ki, o, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə dronların istehsalı sahəsində əməkdaşlığı müzakirə edib.

Oxuməni.az

Seçilən
63
17
oxumeni.az

10Mənbələr