AZ

Ukraynada əhalinin təxminən 40 faizinin humanitar yardıma ehtiyacı var

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukrayna üzrə humanitar koordinatoru Mattias Şmale Ukraynada əhalinin təxminən 40 faizinin humanitar yardıma ehtiyacı olduğunu açıqlayıb. BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında çıxış edən M.Şmale Rusiya-Ukrayna müharibəsinin 2022-ci ilin fevralında başladığını xatırladaraq, həmin vaxtdan bəri 12 mindən çox insanın həyatını itirdiyini bildirib.

O, Ukraynada əhalinin böyük bir hissəsinin humanitar yardıma ehtiyac duyduğunu və BMT-nin bu çərçivədə 8,5 milyon insana yardım və müdafiə təmin etməyi planlaşdırdığını söyləyib. M.Şmale xüsusilə enerji infrastrukturuna edilən hücumların qışda elektrik enerjisinin uzun müddət kəsilməsi riskinin, müdafiəsiz olan insanlar üçün əlavə təhlükə yaratdığını vurğulayıb.

BMT-nin Ukraynaya humanitar yardım planı çərçivəsində 1,8 milyard dollarlıq yardımla azı 7,2 milyon insana kömək edildiyini qeyd edən M.Şmale 2025-ci ilin mart ayına qədər əlavə 1,8 milyon insana yardım etməyi hədəflədiklərini və bunun üçün 500 milyon dollarlıq əlavə maliyyə tələb olunduğunu açıqlayıb.

Müharibənin getdiyi bölgələrdə mülki şəxslər və humanitar yardım işçiləri üçün ciddi təhlükəsizlik riskləri olduğunu bildirən M.Şmale 2024-cü ildə 9 humanitar yardım işçisinin həyatını itirdiyini və humanitar obyektlərə hücumlar nəticəsində ziyan dəydiyini də qeyd edib.



Seçilən
7
17
trt.net.tr

10Mənbələr