AZ

Zelenskidən Trampın vədlərinə REAKSİYA: “Bu, Ukrayna üçün itkidir”

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin 47-ci prezidenti seçilən Donald Trampın Rusiya-Ukrayna müharibəsini tezliklə bitirə biləcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

 

Sfera.az bildirir ki, o, savaşın bitmədiyini və Rusiyanın ölkəsinə qarşı hücumlarını davam etdirdiyini xatırladıb.

 

“Müharibənin tez bir zamanda sona çatmasına gəlincə, mən inanıram ki, prezident Tramp bunu tez həll etmək istəyir. Amma onun istəməsi o demək deyil ki, bu belə də nəticələnəcək”, - Ukrayna lideri qeyd edib.

 

Müharibənin sürətli formada bitməsinin Ukrayna üçün məğlubiyyət olduğunu deyən Zelenski fikirlərini bu cür davam etdirib:

 

“Ona görə də istənilən qərara hazırlaşmaq lazımdır. Biz müharibənin ədalətli bitməsini istəyirik. Əminəm ki, müharibənin tez başa çatması Ukrayna üçün itkidir. Mən tez bir zamanda qərar qəbul etmək fikrini anlamıram və bu mövzuda hələ prezident Trampla danışmamışam”.

 

Son olaraq, Ukraynanın silah yardımına ehtiyacı olduğunu deyən Zelenski, ABŞ-nin vəd etdiyi silahların hamısının hələ ölkəsinə çatmadığını bildirib.

 

Günay

Sfera.az

 

Seçilən
51
50
sfera.az

10Mənbələr