AZ

AFFA hakimləri təhqir və təhdid edənə 5 oyunluq cəza verdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa, Əvəzedicilər Liqası və Birinci Liqa ilə bağlı qərarlar qəbul olunub.

Arena.az bu gün baş tutan iclasda çıcarılmış qərarları təqdim edir:

Azərbaycan Premyer Liqası, 13-cü tur

“Neftçi” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat cərimə edilib.

“Səbail” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Tovuz klubu 800 manat cərimə edilib.

Birinci Liqa, 7-ci tur

“Qaradağ Lökbatan” – “Difai” oyununda “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.

“Qəbələ” – MOİK oyununun 87-ci dəqiqəsində MOİK-in futbolçusu Rüstəm Hümbətov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, komandası 150 manat cərimə edilib.

“Mingəçevir” – “Baku Sportinq” oyununda “Mingəçevir”in 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib. “Mingəçevir”in məşqçisi Namiq İbrahimli matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqədən qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyun cəzalanıb. “Mingəçevir” buna görə 400 manat cərimə edilib. “Baku Sportinq”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 13-cü tur

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununun 82-ci dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Tariq Hajjaj ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Naxçıvan komandası 150 manat cərimə edilib.

“Səbail-2” – “Turan Tovuz-2” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Səbail” klubu 100 manat cərimə edilib. “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığına görə Tovuz komandası 70 manat cərimə edilib.

Seçilən
6
2
arena.az

8Mənbələr