AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Birinci Liqa ilə bağlı qərarlar qəbul olunub.

Offsideplus.az bu gün baş tutan iclasda çıcarılmış qərarları təqdim edir:

Azərbaycan Premyer Liqası, 13-cü tur

"Neftçi" - "Şamaxı" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Neftçi" 800 manat cərimə edilib.

"Səbail" - "Turan Tovuz" oyununda "Turan Tovuz"un azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Tovuz klubu 800 manat cərimə edilib.

Birinci Liqa 7-ci tur

"Qaradağ Lökbatan" - "Difai" oyununda "Difai"nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.

"Qəbələ" - MOİK oyununun 87-ci dəqiqəsində MOİK-in futbolçusu Rüstəm Hümbətov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, komandası 150 manat cərimə edilib.

"Mingəçevir" - "Baku Sportinq" oyununda "Mingəçevir"in 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib. "Mingəçevir in məşqçisi Namiq İbrahimli matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqədən qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyun cəzalanıb. "Mingəçevir" buna görə 400 manat cərimə edilib. "Baku Sportinq"in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 70 manat cərimə edilib.