AZ

“Mingəçevir”in məşqçisinə 5 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda 1-ci Liqanın 7-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

“Qaradağ Lökbatan” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai” komandası 70 manat cərimə edilib.

“Qəbələ” – MOİK oyununun 87-ci dəqiqəsində MOİK komandasının 6 nömrəli futbolçusu Rüstəm Hümbətov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, MOİK komandası 150 manat cərimə edilib.

“Mingəçevir” – “Baku Sportinq” oyununda “Mingəçevir”in 5 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” komandası 70 manat cərimə edilib. “Mingəçevir” komandasının məşqçisi Namiq İbrahimli matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqədan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyun cəzalanıb, “Mingəçevir” komandası 400 manat cərimə edilib. “Baku Sportinq” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” komandası 70 manat cərimə edilib.

Seçilən
2
3
futbolinfo.az

8Mənbələr