AZ

"Hizbullah"ın raket bölməsinin komandiri öldürüldü

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda "Hizbullah" təşkilatının raket bölməsinin komandiri Əli Taufik Düeyki zərərsizləşdirib.

SeherXeber.org xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilib.

"Düeyk 2024-cü ilin sentyabrından ortamənzilli raket bölməsinə rəhbərlik edirdi. O, bu vəzifədə öldürülmüş əvvəlki komandiri əvəz etmişdi", - açıqlamada qeyd olunub.

Mətbuat xidməti bildirib ki, Əli Taufik Düeyk Hayfa və İsrailin mərkəzi hissəsinə doğru 300-dən çox raketin atılmasına görə məsuliyyət daşıyırdı.

Seçilən
6
10
seherxeber.org

10Mənbələr