AZ

İsrail "Hizbullah"ın raket bölməsinin komandirinin öldürüldüyünü AÇIQLADI

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda "Hizbullah" təşkilatının raket bölməsinin komandiri Əli Taufik Düeyki zərərsizləşdirib.

Bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilib.

"Düeyk 2024-cü ilin sentyabrından ortamənzilli raket bölməsinə rəhbərlik edirdi. O, bu vəzifədə öldürülmüş əvvəlki komandiri əvəz etmişdi", - açıqlamada qeyd olunub.

Mətbuat xidməti bildirib ki, Əli Taufik Düeyk Hayfa və İsrailin mərkəzi hissəsinə doğru 300-dən çox raketin atılmasına görə məsuliyyət daşıyırdı.\\Redaktor.Az

Seçilən
5
10
hurriyyet.az

10Mənbələr