Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Girdəni kəndi ərazisində qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun cənub bürosunun açıqlamasına əsasən, noyabrın 20-də saat 17 radələrində 1990-cı il təvəllüdlü N.Tağıyev "Opel" markalı avtomobillə hərəkətdə olarkən 38 yaşlı piyada Ramilə Məmmədovanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.