Lənkəranda baş verən qəzada piyada ölüb.
Məlumata görə, piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi Lənkəran-Boradigah-Masallı yolunun Lənkəranın Girdəni kəndi ərazisindən keçən hissəsində baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 20-də saat 17 radələrində 1990-cı il təvəllüdlü N.Tağıyev idarə etdiyi "Opel" markalı minik avtomobili ilə Lənkəran rayonunun Girdəni kəndi ərazisində hərəkətdə olarkən piyada 1986-cı il təvəllüdlü Ramilə Məmmədovanı vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.