Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana 1 milyard 540 milyon 724 min dollar dəyərində 18 min 296 ədəd hibrid avtomobilləri idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobilləri dəyər ifadəsi ilə 1 milyard 245 milyon 193 min dollar və ya 5,2 dəfə, miqdar ifadəsi ilə 7 min 147 ədəd və ya 60,7% artıb.
Ötən ilin eyni dövründə xaricdən 295 milyon 531 min dollar dəyərində 11 min 769 ədəd hibrid avtomobili gətirilmişdi
1 ədəd hibrid avtomobilinin orta idxal qiyməti 2024-cü ilin 10 ayının nəticələrinə görə orta hesabla 81 min 451 dollar (138 min 466 manat) olub ki, bu da son bir ildə 56 min 340 dollar (95 min 778 manat) və ya 3,2 dəfə bahalaşma deməkdir.
2023-cü ilin yanvar- oktyabr aylarında isə 1 ədəd hibrid avtomobilinin orta idxal qiyməti 25 min 211 dollar (42 min 689 manat) olub.