Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana 117 milyon 420 min dollar dəyərində 7 min 38 ədəd yük avtomobili idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü ilin eyni dövrü ilə müqayisədə yük avtomobillərinin idxalı dəyər ifadəsi ilə 27 milyon 262 min dollar və ya 30% , miqdar ifadəsi ilə 1 282 ədəd və ya 22% artıb.
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 90 milyon 158 min dollar dəyərində 5 min 756 manatlıq yük avtomobili gətilib.
1 ədəd yük avtomobilinin orta idxal qiyməti 2024-cü ilin on ayına görə orta hesabla 16 min 684 dollar (28 min 362 manat) olub ki, bu da son bir ildə 1 020 dollar (1 735 manat) və ya 6% bahalaşma deməkdir.
2023-cü ilin yanvar-oktyab aylarında isə 1 ədəd yük avtomobilinin orta idxal qiyməti 15 min 663 dollar (26 min 628 manat) olub.