AZ

Üzgüçülük üzrə Azərbaycan milli yığma komandası təlim-məşq toplanışını başa vurdu

Bakı. Trend:

Üzgüçülük üzrə Azərbaycan milli yığma komandası Mingəçevirşəhərində yerləşən Kür Olimpiya İdman Kompleksində təlim-məşqtoplanışını sona vuraraq Bakıya qayıdıb.

Azərbaycan Üzgüçülük Fedrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyininbirgə təşkilatçılığı ilə noyabr ayının 5-dən başlayaraq keçirilənhazırlıqlarda 16 üzgüçü və 5 məşqçi iştirak edib.

Komanda hər biri 3 saat olmaqla gündə iki dəfə məşq ediblər.

Yığma komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun bildirdiyinəgörə təlim-məşq toplanışının məqsədi qarşıdan gələn iki vacibyarışlara hazırlıqdır:

“5-24 noyabr tarixlərində bütün milli komanda tam heyətlətəlim-məşq toplanışına qatıldı. Təlimlərin əsas məqsədi 27-30tarixlərində Bakı Su İdmanı Sarayında təşkil olunacaq AzərbaycanAçıq Qış çempionatına və ən əsası isə 18-23 dekabr tarixlərindəEstoniyanın Tartu şəhərində keçiriləcək Açıq Estoniya Qışçempionatına hazırlıqdır.

Milli komandanın yetirmələri Azərbaycan çempionatına yüklüformada çıxacaqlar. Yəni ki, təlim-məşq toplanışının ardındanyarışlarda iştirak edəcəklər. Təlim-məşq toplanışında həm də məqsədüzgüçülərimizin 3 həftə ərzində aerob-anayrob qarışıq işqabiliyyətlərinin artırılması idi.

Azərbaycanda təşkil olunan yarışlardan sonra dekabrın 5-18tarixlərində idmançılarımız Estoniya səfərinə hazırlıq prosesinəbaşlayacaqlar. Bu yarışlarda üzgüçülərimizdən yüksək nəticələrgözləyirik”, - deyə millinin baş məşqçisi əlavə edib.

Seçilən
46
3
az.trend.az

5Mənbələr