AZ

Üzgüçülərimiz Mingəçevirdəki təlim-məşq toplanışını başa vurub

Üzgüçülük üzrə Azərbaycan millisi Mingəçevirdə yerləşən "Kür" Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vurub.

Federasiyasının mətbuat xidmətindən İdman.biz-ə verilən məlumata görə, Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə noyabrın 5-dən başlayan təlim-məşq toplanışında 16 üzgüçü və 5 məşqçi iştirak edib.

Komanda hər biri 3 saat olmaqla gündə iki dəfə məşq edib. Millinin baş məşqçisi Rəşad Əbdürrəhmanov təlim-məşq toplanışının məqsədinin qarşıdan gələn vacib yarışlara hazırlıq olduğunu bildirib:

“Noyabrın 5-24-də milli tam heyətlə təlim-məşq toplanışına qatıldı. Təlimlərin əsas məqsədi 27-30 noyabrda Bakı Su İdmanı Sarayında təşkil olunacaq Azərbaycan Açıq Qış çempionatına və ən əsası 18-23 dekabrda Estoniyanın Tartu şəhərində keçiriləcək Estoniya Açıq Qış çempionatına hazırlıqdır. Milli üzvləri Azərbaycan çempionatına yüklü formada çıxacaqlar. Yəni ki, təlim-məşq toplanışının ardından yarışlarda iştirak edəcəklər. Toplanışda məqsəd həmçinin üzgüçülərimizin 3 həftə ərzində aerob-anayrob qarışıq iş qabiliyyətlərinin artırılması idi. Azərbaycanda təşkil olunan yarışlardan sonra 5-18 dekabrda idmançılarımız Estoniya səfərinə hazırlığa başlayacaqlar. Bu yarışlarda üzgüçülərimizdən yüksək nəticələr gözləyirik”.

İdman.biz

Seçilən
52
3
idman.biz

5Mənbələr