AZ

Üzgüçülük üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışını başa vurdu

Üzgüçülük üzrə Azərbaycan milli yığma komandası Mingəçevir şəhərində yerləşən Kür Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını sona vuraraq Bakıya qayıdıb.  Azərbaycan Üzgüçülük Fedrasiyasının mətbuat xidmətindən verilən məlumata görə Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə noyabr ayının 5-dən başlayaraq keçirilən hazırlıqlarda 16 üzgüçü və 5 məşqçi iştirak edib.  Komanda hər biri 3 saat olmaqla gündə iki dəfə məşq ediblər. Yığma komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun bildirdiyinə görə təlim-məşq toplanışının məqsədi qarşıdan gələn iki vacib yarışlara hazırlıqdır:

 

“5-24 noyabr tarixlərində bütün milli komanda tam heyətlə təlim-məşq toplanışına qatıldı. Təlimlərin əsas məqsədi 27-30 tarixlərində Bakı Su İdmanı Sarayında təşkil olunacaq Azərbaycan Açıq Qış çempionatına və ən əsası isə 18-23 dekabr tarixlərində Estoniyanın Tartu şəhərində keçiriləcək Açıq Estoniya Qış çempionatına hazırlıqdır. Milli komandanın yetirmələri Azərbaycan çempionatına yüklü formada çıxacaqlar. Yəni ki, təlim-məşq toplanışının ardından yarışlarda iştirak edəcəklər. Təlim-məşq toplanışında həm də məqsəd üzgüçülərimizin 3 həftə ərzində aerob-anayrob qarışıq iş qabiliyyətlərinin artırılması idi. Azərbaycanda təşkil olunan yarışlardan sonra dekabrın 5-18 tarixlərində idmançılarımız Estoniya səfərinə hazırlıq prosesinə başlayacaqlar. Bu yarışlarda üzgüçülərimizdən yüksək nəticələr gözləyirik” deyə millinin baş məşqçisi əlavə edib.

Seçilən
20
3
missiya.az

5Mənbələr