AZ

Basketbol: “Naxçıvan”la “Abşeron” da bacarmadı

Bu gün keçirilən bir oyunla Azərbaycan Basketbol Liqasında 2024/2025-ci illər mövsümünün 4-cü turuna start verilib.

Arena.az xəbər verir ki, 3 həftəlik fasilədən sonra günün yeganə oyunu Abşeronda keçirilib.

“Abşeron” doğma meydanda “Naxçıvan”ı qəbul edib. Meydan sahibləri qonaqların 3 oyunluq qələbə seriyasını qırmaq arzusunda olsalar da, buna nail ola bilməyiblər. Yekunda Naxçıvan təmsilçisi növbəti qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, turun digər matçlarında – noyabrın 29-da “Lənkəran” “Ordu”nu, 30-da “Sabah” NTD-ni, “Quba” “Sumqayıt”ı sınağa çəkəcək. Dekabrın 1-də isə 2 matçla tura yekun vurulacaq. Həmin gün “Sərhədçi” “Nefçi” ilə, “Gəncə” “Şəki” ilə üz-üzə gələcək.

Azərbaycan Basketbol Liqası
4-cü tur
26 noyabr

A qrupu

“Abşeron” – “Naxçıvan” 68:72

Xal durumu: Naxçıvan – 8. Sabah – 6. Abşeron – 5. NTD – 4. Sərhədçi – 4. Neftçi – 3.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Seçilən
2
3
arena.az

10Mənbələr