AZ

Astma xəstələrinə şad xəbər: Müalicəsi tapıldı

Tədqiqatçılar yarım əsrdən sonra astmanın ağır tutmalarının müalicəsində yeni üsul kəşf etdiklərini bildiriblər.

"Cebheinfo.az" xəbər verir ki, Benralizumab adlı dərmanın klinik sınaqları, xüsusilə eozinofilik astması olan xəstələrdə steroidlərdən daha effektiv nəticələr göstərib.

Bu dərman, ağciyərlərdə tənəffüs yollarının şişməsinə və bağlanmasına səbəb olan eozinofilləri hədəf alan monoklonal antikorlar vasitəsilə fəaliyyət göstərir. Xəstələr arasında dərmanı qəbul edənlərdə simptomların azaldığı, xəstəxanaya yerləşdirilmə ehtimalının isə azaldığı müşahidə olunub.

İngiltərədə hər il iki milyon astma tutma hadisəsi qeydə alınır.

London Kral Kollecinin tədqiqatçılar qrupu bildirib ki, yeni dərman astmanın müalicəsində inqilabi ola bilər.

Professoru Mona Bafadhel, "Biz iltihabın fərqli nümunələri izlədiyini görürük və insanlarda doğru zamanda doğru müalicə üçün daha "ağıllı" bir yol izləyə bilərik" deyib.

Benralizumab adlı dərma iltihaba və ağciyərlərə zərər verə bilən eozinofillər adlanan ağ qan hüceyrələrini hədəf alır.

Eozinofillər astma tutmalarının yarısında və və xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) kimi xəstəliklərin üçdə birində aktivləşir.

Tənəffüs problemləri, döş qəfəsində xırıltı, öskürək və nəfəs darlığına səbəb olan bu tutmalar müntəzəm aparat istifadəsi ilə idarə oluna bilmirsə, həkimlər steroidlərə müraciət edirlər.

158 xəstə üzərində aparılan tədqiqatın nəticələri “The Lancet Respiratory Medicine” jurnalında dərc edilib və benralizumabın steroiddən fərqli olaraq müalicə uğursuzluğu nisbətini 74 %-dən 45 %-ə endirdiyi bildirilib.

Məlum olub ki, yeni müalicə üsulunu qəbul edən xəstələr daha az xəstəxanaya yerləşdirilir, başqa müalicə üsuluna daha az ehtiyac duyulur və ölüm nisbəti daha azdır.

Professoru Mona Bafadhel çox sayda astma tutması hadisəsinin olduğunu vurğulayıb və yeni müalicənin çox sayda xəstəyə böyük fayda verə biləcəyini deyir: 

"Bu, dönüş nöqtəsi ola bilər. Bizim rəftarımız 50 il ərzində dəyişməyib. Bu, insanlar daha da pisləşəndə onlara münasibətimizdə inqilabi bir inkişaf olacaq".

Bildirilir ki, yeni dərmanın tətbiq olunduğu xəstələrin simptomlarında yaxşılaşma və həyat keyfiyyətində artım da aşkar edilib.

Benralizumab hələ geniş istifadə üçün mövcud deyil.

Daha əhatəli sınaq prosesinin 2025-ci ildə başlayacağı gözlənilir. 

Tədqiqatlar həmçinin dərmanın qiymətinin təhlilini də əhatə edəcək. Çünki bu növ aktiv maddələr kifayət qədər baha başa gəlir.

Oksford Universitetindən Dr Sanjay Ramakrishnan deyir ki, tədqiqat indiyə qədər "çox ümidverici" olub və KOAH ilə mübarizə 20-ci əsrdə qalmaqdadır.

Bununla belə, KOAH bütün dünyada ən çox görülən ölüm səbəblərindən biridir.

İngiltərədə hər gün 4 nəfər astma və 85 KOAH xəstəsi ölür.

"Asthma+Lung UK" (Astma+Lung) fondundan Dr. Samantha Ualker deyib:

"50 ildən sonra ilk dəfə astma və KOAH xəstələri üçün yeni bir müalicənin yaradılması çox yaxşı bir inkişafdır".

Seçilən
11
7
cebheinfo.az

10Mənbələr