Astma və xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) müalicəsində son 50 ildə ilk dəfə əhəmiyyətli bir irəliləyiş əldə edilib.
Publika.az “The Guardian”a istinadla xəbər verir ki, “The Lancet Respiratory Medicine” jurnalında dərc olunan yeni tədqiqat nəticələrinə görə, “benralizumab” adlı monoklonal antikorun inyeksiyası ciddi astma və KOAH hücumlarının müalicəsində mövcud steroid tabletlərdən daha təsirli olub və müalicə ehtiyacını 30 faiz azaldıb.
“Benralizumab”, eozinofillər adlanan ağ qan hüceyrələrini hədəf alaraq ağciyər iltihabını azaltmaq üçün hazırlanıb. Hazırda ağır astmanın müalicəsində istifadə olunan bu dərmanın, kəskinləşmə mərhələsində daha yüksək dozada tətbiqi ilə çox effektiv olduğu aşkarlanıb.
Tədqiqatın aparıcı müəllifi, London Kral Kollecinin professoru Mona Bafadhel bildirib ki, bu nəticələr astma və KOAH xəstələri üçün əhəmiyyətli bir dəyişiklik ola bilər. Astma və KOAH hər il dünyada 3,8 milyon insanın ölümünə səbəb olur, lakin bu xəstəliklərin müalicəsi 50 ildən çoxdur ki, dəyişməyib. Sınaqda astma və KOAH hücumları ilə əlaqədar tibbi yardıma ehtiyacı olan 158 xəstə iştirak edib. Xəstələr sürətli qan testindən sonra üç qrupa bölünüblər:
1. Birinci qrup: Benralizumab inyeksiyası və təsirsiz (plasebo) tabletlər alıb.
2. İkinci qrup: Prednizolon adlı standart steroid müalicəsini alıb.