“Co Baydenin oğlu Hunteri əfv etmək qərarı sui-istifadənin və ədalətin pozulmasının bariz nümunəsidir”.
“Cebheinfo.az” xəbər verir ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp deyib.
“Co Hunterə verilən əfv bir neçə ildir həbsdə olan 6 yanvar “girovlarını” əhatə edirmi? Bu, sui-istifadə və ədalətin pozulmasıdır”,- deyə Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O, “girovlar” dedikdə, 2021-ci il yanvarın 6-da Kapitoliyə basqın edənləri nəzərdə tutur. Seçilmiş prezident və onun tərəfdarları bəzilərinin ədalətsiz şəkildə mühakimə olunduğunu və onlara siyasi məhbus kimi baxıldığını deyirlər.