AZ

Tramp Baydenin oğlunu əfv etməyi sui-istifadə adlandırıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Co Baydenin öz oğlu Hanteri əfv etmək qərarını sui-istifadənin və ədalətin pozulmasının bariz nümunəsi adlandırıb.


Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Truth sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Co Hanterə verilən əfv bir neçə ildir həbsdə olan 6 yanvar “girovlarını” əhatə edirmi? Bu bir sui-istifadə və ədalətin pozulmasıdır!” – deyə Tramp qeyd edib.

Qeyd edək ki, Tramp “yanvarın 6-da “girovlar” dedikdə o, 2021-ci il yanvarın 6-da Kapitoliyə basqın edənləri nəzərdə tutur. Seçilmiş prezident və onun tərəfdarları həmin şəxslərin ədalətsiz şəkildə mühakimə olunduğunu bildirirlər.

Seçilən
24
3
yenilik.az

10Mənbələr