AZ

«Bank Melli İran» pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR

FED.az Azərbaycanın ən kiçik banklarından olan “Bank Melli İran”nın gəlir mənbələrini təqdim edir.

Banklar pulu nədən qazanır? – GƏLİR MƏNBƏLƏRİ - MƏBLƏĞLƏR (30.09.2024)

Bank ölkəmizdən İran İslam Respublikasına və əks istiqamətdə pul köçürmələri edir. Bank ən aşağı göstəricələrlə ölkəmizin bank sistemində sonuncu yerdədir.

2024-cü ilin üçüncü rübünə olan nəticələrə görə “Bank Melli İran”nın gəliri 3 milyon 741 min manat təşkil edib.

Bankın gəlir əldə etdiyi mənbələr məhduddur.

Gəlirlərin böyük hissəsi - 3 milyon 723 min manatı kredit portfeli üzrə faizlərdən daxil olub yəni ümumi gəlirin 97%-i.

Bankın digər gəlir mənbəyi komissiya haqlarından əldə etdiyi gəlirlərdir  – bu mənbə bankı 7 min manat ilə və ya bütün gəlirlərin 1%-i ilə təmin edib. Digər faiz gəlirlərrindən əldə olunmuş vəsaitin həcmi komissiya haqlarından əldə olunmuş vəsaitlə eynidir.

Bundan başqa bank valyuta əməliyyatları apararaq daha 4 min manat qazanıb, bu bankın bütün gəlirlərinin 1%-i deməkdir.

Ümumiyyətlə, “Bank Melli İran”nın gəlirlərinin 98%-i faiz, yalnız 2%-i qeyri-faiz gəlirlərindən ibarətdir.

Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :

Min manat

Gəlir mənbələri

Məbləğlər

Ümumi gəlir də payı

Kredit portfeli üzrə faiz gəliri

3 723

97%

QK-a investisiyadan gəlir

 

 

Digər banklara depozitlərdən gəlirlər

 

 

Digər banklara kreditlərdən gəlirlər

 

 

Komissiya haqları

7

1%

Valyuta əməliyyatlarından gəlirlər

4

1%

Digər faiz gəlirləri

 

 

Digər qeyri-faiz gəlirləri

7

1%

 

 

 

CƏMİ GƏLİRLƏR

3 741

100%

Seçilən
42
14
fed.az

10Mənbələr